"Yuventus"un hücumçusu "Everton"a keçir

"Yuventus"un hücumçusu "Everton"a keçir
DÜNYA FUTBOLU 30 İyul 2019 / 15:50 3411
-  A +

“Yuventus”un hücumçusu Moyze Kin klubunu dəyişə bilər.

Qol.az “Bleacher Report”a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu bir çox klubun diqqət mərkəzində olsa da, “Everton” transferi reallaşdırmağa daha yaxındır.

İtaliya mətbuatı tərəflər arasında razılıq əldə olunduğunu yazıb. Sabah oyunçu tibbi yoxlanışdan keçəcək. Yekun razılıq isə qarşıdakı günlərdə əldə olunacaq. Moyze Kinin “Everton”da ilinə 3 milyon avro qazanacağı da bildirilir.

Qeyd edək ki, gənc forvardın “qoca sinyora” ilə 2020-ci ilə qədər müqaviləsi var. İtalyanlar onun transfer dəyərinin 40 milyon avro olduğunu açıqlayıb.

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"