"Real"ın yeni transferi zədələndi

"Real"ın yeni transferi zədələndi
DÜNYA FUTBOLU 26 İyul 2019 / 13:16 5177
-  A +

Yeni mövsüm öncəsi  “Real"ın heyətində zədəli futbolçular siyahısına daha biri əlavə olunub.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Brahim Diaz və Marko Asensionun ardından yeni transfer Ferland Mendi də sıradan çıxıb.

“Lion”dan cəlb edilən fransız müdafiəçinin baldır nahiyəsindən aldığı zədə səbəbindən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Mendi “Atletiko", “Tottenhem” və “Zalsburq”la keçiriləcək yoldaşlıq matçlarını buraxmalı olacaq.

24 yaşlı oyunçunun ən yaxşı halda avqustun 24-də La Liqanın 2-ci turunda “Valyadolid”lə matça hazır olacağı gözlənilir.

Qeyd edək ki, Madrid klubu Mendini 48 milyon avroya transfer edib.

Son xəbərlər