"Barselona"dan ayrılan futbolçu "Beşiktaş"da

"Barselona"dan ayrılan futbolçu "Beşiktaş"da
DÜNYA FUTBOLU 25 İyul 2019 / 18:20 7499
-  A +

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Barselona" ilə müqaviləsi başa çatan Duqlas Pereyranı transfer edib. Braziliyalı sağ cinah müdafiəçisi ilə 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsümü icarə əsasında Türkiyənin digər klubu "Sivasspor"da keçirib.

Son xəbərlər