"Şəraiti nəzərə alsaq, bizim üçün ağır səfər idi" - Qurban Qurbanov

"Şəraiti nəzərə alsaq, bizim üçün ağır səfər idi" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 25 İyul 2019 / 01:30 9453
-  A +

"Bütün şəraiti nəzərə alsaq, bizim üçün ağır səfər idi. Həm də bəzi zədəli futbolçularımızın olmasına görə oyun planımızda dəyişikliklər oldu".
 
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Dundalk"la səfər oyunundan (1:1) sonra mətbuat konfransında deyib.

Komandasından razı qaldığını bildirən Qurbanov çətin qarşılaşma olduğunu qeyd edib: "Rəqib həddindən artıq çox istəkli idi, bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım. Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı 1 həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik".

Daha çox


Son xəbərlər
14.04.25  19:32

Mbappe üzr istəyib

14.04.25  14:59

"Biz axmaq deyilik"