Ronaldo "Yuventus"u məğlubiyyətdən xilas etdi

Ronaldo "Yuventus"u məğlubiyyətdən xilas etdi
DÜNYA FUTBOLU 24 İyul 2019 / 17:57 5166
-  A +

Beynəlxalq Çempionlar Kubokunda bu gün daha bir oyun keçirilib.

Qol.az-ın məlumatına görə, az öncə başa çatan matçda İtaliya A Seriyasının iki təmsilçisi - "Yuventus" və "İnter" klubları üz-üzə gəliblər. Görüşün 10-cu dəqiqəsində Turin klubu yeni transferi Matteys de Liqtin avtoqolu ilə hesabda geri düşüb. Ancaq 68-ci dəqiqədə Kriştianu Ronaldo tarazlığı bərpa edib - 1:1. Matçın əsas vaxtı heç-heçə bitdiyindən birbaşa 11 metrlik cərimə zərbələrinə keçilib. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) "Yuventus" rəqibinə qalib gəlib.

Qeyd edək ki, 12 komandanın iştirak etdiyi yarışda turnir cədvəlinə 18 xalla "Arsenal" başçılıq edir. 2 xalı olan "Yuventus" 8-ci, 1 xallı "İnter" isə 10-cudur. 

Son xəbərlər