Obi Mikel millidən getdi

Obi Mikel millidən getdi
DÜNYA FUTBOLU 19 İyul 2019 / 14:17 2443
-  A +

"Trabzonspor"un yarımmüdafiəçisi Con Obi Mikel  Nigeriya millisindəki karyerasını başa vurub.

Qol.az  xəbər verir ki, o, bu qərarını Afrika Millətlər Kubokunda bürünc medal qazandıqları Tunislə 3-cü yer uğrundakı oyundan sonra açıqlayıb. Yığmada 18 yaşında debüt edən 32 yaşlı futbolçu,  89 oyuna çıxıb və 6 qol vurub.

Qeyd edək ki, daha çox "Çelsi"dəki çıxışı ilə tanınan Obi Mikel “Lin”,  “Tianjin TEDA” və “Middlsbro”da oynayıb.

Son xəbərlər