"Makqreqor Həbibi heç vaxt uda bilməyəcək" - Tayson

"Makqreqor Həbibi heç vaxt uda bilməyəcək" -  Tayson
XƏBƏR 12 İyul 2019 / 16:50 4807
-  A +

“Düşünürəm ki, Makqreqor promonun dahisidir. Həbib ona qalib gəlib, amma yenə döyüşmək istəyirlər”.

Qol.az xəbər verir ki, bu sözləri əfsanəvi boksçu Mayk Tayson Ukraynanın paytaxtı  Kiyevdə keçirilən mətbuat konfransında MMA-nın UFC versiyası üzrə rusiyalı dünya çempionu Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqoru müqayisə edərkən deyib.

O, Nurməhəmədovun daha güclü olduğunu və Makqreqorun heç vaxt bu rəqibə qalib gələ bilməyəcəyini bildirib: "Ancaq bu görüşün ətrafında ajiotajın səbəbkarı Makqreqordur. Məncə, Makqreqor rəqibinə qalib gələ bilməyəcək. Ümumiyyətlə, o, heç vaxt Nurməhəmmədovu məğlub edə bilməyəcək. Lakin insanlar pul verib bu döyüşü izləməyə razıdırlar. Həbib məğlub edə biləcəyi bu rəqibi ilə döyüş üçün daha çox qazanacaq, nəinki özü səviyyəli biri ilə qarşılaşmada. Belədirsə, niyə onunla 10 dəfə döyüşməsin? Tamaşaçılar lap 10 dəfə də olsa pul ödəyib bu görüşə baxacaq. İndi hər şey marketinqdən asılıdır. Makqreqor da dahidir. Bunu ondan almaq olmaz”.

Xatırladaq ki, H.Nurməhəmmədov ötən ilin oktyabr ayında Las-Veqasda keçirilən döyüşdə Konor Makqreqora qalib gəlib.

Daha çox


Son xəbərlər