Bu, Ramil Quliyev deyil, "Fənərbaxça"nın hücumçusudur

Bu, Ramil Quliyev deyil, "Fənərbaxça"nın hücumçusudur
XƏBƏR 12 İyul 2019 / 13:44 5968
-  A +

"Fənərbaxça"nın yeni transferi Vedat Muriqi Türkiyəni təmsil edən azərbaycanlı yüngül atlet Ramil Quliyevlə bənzərliklərindən danışıb.

Qol.az "Hürriyət"ə istinadən xəbər verir ki, kosovolu hücumçu onu Ramilə bənzədənlərlə həmfikir olduğunu deyərək, dünya çempionuna uğurlar arzulayıb:

“Sosial şəbəkələrdə azarkeşlərin paylaşımlarını gördüm. Haqlıdırlar, mən də bənzədiyimizi düşünürəm. Ən böyük ortaq nöqtəmiz belə böyük bir klubda bu müqəddəs formanı daşımağımız və “Fənərbaxça”nın uğurları üçün tər tökməyimizdir. Ramilə işlərində uğurlar arzu edirəm”.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən həftə "Rizəspor"dan "Fənərbaxça"ya keçib.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord