Van Persinin yeni iş yeri məlum oldu

Van Persinin yeni iş yeri məlum oldu
DÜNYA FUTBOLU 12 İyul 2019 / 11:15 3961
-  A +

Mövsümün sonunda futbolçu karyerasını başa vuran Hollandiya yığmasının sabiq üzvü Robin van Persinin yeni iş yeri məlum olub.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, veteran hücumçu, bundan sonra şərhçi kimi çalışacaq. İngiltərənin “BT Sport” kanalında işləyəcək Van Persi, matçlardan əvvəl və sonra fikirlərini bildirəcək.

Qeyd edək ki, Van Persi “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbaxça”nın şərəfini qoruyub. 102 dəfə Hollandiya millisinin formasını geyinən futbolçu 50 qola imza atıb.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi