"Əlbəttə, nəticədən çox razıyam. Ancaq ən çox futbolçuların yeni mövsümdə ilk oyuna yanaşmalarından razı qaldım. İlk dəqiqələrdən istəkli, motivasiyalı idilər. Mənim üçün əsas bu, idi. Artıq mərhələni keçdiyimizi fikirləşmək böyük axmaqlıq olardı. Buna görə cavab oyununu düşünmək lazımdır. Bizi qarşıda hələ bir həftə gözləyir. Cavab oyununa da yaxşı hazırlaşmalıyıq".
Bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Moldovada "Sperantsa"ya 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis digər sualları da cavablandırıb...
- Düşünmürsünüzmü ki, asan qələbə oldu?
- İndi bəziləri belə düşünə bilər. Ancaq bu, belə deyildi. Meydanın vəziyyəti də yaxşı deyildi. İlk hissədə rəqib qapımıza cəmi 1 zərbə vurdu. Yeni mövsümdə ilk rəsmi matça yaxşı başlamağımız mühüm idi. Futbolçularıma tapşırmışdım ki, oyuna diktə edən tərəf biz olaq.
- Adətən, səfər komandaları müdafiə futbolu oynayır. Ancaq siz hücum futbolu göstərdiniz. Bu, ondan irəli gəlir ki, Moldova çempionatını yaxşı tanıyırsınız, yoxsa komandanıza inanırsınız?
- Əlbəttə, ona görə hücum futbolu seçdim ki, futbolçuların xüsusiyyətlərinə bələdəm. Mənə elə gəlir ki, futbolçular hər şeyi düzgün yerinə yetirdilər.
- Rəhman Hacıyev oyuna yaxşı qoşularaq gözəl qola imza atdı. Onu yenidən "Neftçi"nin əsas heyətində görə biləcəyik?
- Rəhmanla yanaşı, digər oyuna qoşulanları da qeyd etmək lazımdır. Hamı yaxşı oyun göstərdi. Bizdə yaxşı futbolçular çoxdur, rəqabət güclüdür. Buna görə heyətdə rotasiya edə bilərik.
- "Neftçi" çoxdandır avrokuboklarda belə inamlı qələbə qazanmırdı. Bu fakt sizin üçün nə dərəcədə önəmlidir?
- Nəticə vacibdir. Ancaq mənim üçün bundan önəmli olan futbolçuların istəyi, oyuna yanaşmalarıdır. Əlbəttə, 3 qol vurmaq çox xoşdur. Amma fiziki formada yaxşı olan belə rəqibə qarşı düzgün oynamaq daha önəmli idi.
- Gənc futbolçu İsmayıl Zülfüqarlını meydana buraxdınız. Bu, hesabın verdiyi rahatlıq idi, yoxsa onu meydanda tez-tez görəcəyik?
- Çox yaxşı gənc futbolçudur. Bizdə digər belə oyunçular var. Hesab bu cür olanda, İsmayıla Avropa Liqasında debüt etmək imkan verdim. Bəli, 3:0 öndə olmağımız mənə bu qərarı verməyimə imkan yaratdı (Report).
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı