Pike cərimələndi – 2,3 milyon dollar

Pike cərimələndi –  2,3 milyon dollar
DÜNYA FUTBOLU 10 İyul 2019 / 15:10 3508
-  A +

İspaniya Milli Məhkəməsi “Barselona”nın müdafiəçisi Jerar Pike ilə bağlı qərarını verib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, məhkəmə 32 yaşlı futbolçunu 2008, 2009 və 2010-cu illərdə imic hüquqlarından əldə olunmuş gəlirlər üzrə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Qərara əsasən, ispan futbolçu 2,3 milyon dollar məbləğində cərimələnib.

Qeyd edək ki, Pike qərara etiraz olaraq İspaniyanın Ali Məhkəməsinə müraciət edə bilər.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı