"Tobol" uduzdu, Emilin uğurlu seriyası qırıldı

"Tobol" uduzdu, Emilin uğurlu seriyası qırıldı
XƏBƏR 5 İyul 2019 / 19:42 4889
-  A +

Qazaxıstan çempionatında 17-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” öz meydanında  “Astana” ilə qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Emil  sonadək mübarizə aparıb. Bu məğlubiyyət Balayevin "quru seriyası"na da son qoyub. 25 yaşlı qolkiper bu mövsüm 630 dəqiqə qol buraxmamışdı.

Qeyd edək ki, “Tobol” hazırda “Astana” ilə birgə 38 xalla 12 kollektiv arasında liderliyi  bölüşdürür. Ancaq "Tobol" “Astana”dan  2 oyun az keçirib.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda