Millimizin üzvü üçün yeni baş məşqçi

Millimizin üzvü üçün yeni baş məşqçi
XƏBƏR 2 İyul 2019 / 20:22 3555
-  A +

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın  “Alkorkon” klubunun yeni baş məşqçisi məlum olub.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sequnda təmsilçisini Fran Fernandes çalışdıracaq. 39 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
 
Son olaraq “Almeriya”nı çalışdıran Fernandes yeni vəzifəsində Kristobal Parralyonu əvəz edib.
 
Qeyd edək ki, "Alkorkon" ötən mövsümü 52 xalla 22 kollektiv arasında 14-cü pillədə başa vurub.

Son xəbərlər
23.06.25  23:10

"Liverpul"dan "Bayer"ə