"Sakitləşin, "Barselona"ya qayıdacağam" - Neymar

"Sakitləşin, "Barselona"ya qayıdacağam" - Neymar
DÜNYA FUTBOLU 23 İyun 2019 / 15:30 7623
-  A +

PSJ-dən ayrılmaq istəyən Neymar karyerasını yenidən "Barselona"da davam etdirə bilər.

Qol.az-ın "sport.es" nəşrinə istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu artıq bu barədə Kataloniya klubundakı dostlarına məlumat verib. İddiaya görə, 27 yaşlı futbolçu "Votsap"da keçmiş komanda yoldaşları, eyni zamanda yaxın dostları olan Lionel Messi və Luis Suaresə "Sakitləşin, "Barselona"ya qayıdacağam" yazıb.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib.

Son xəbərlər