Del Boske: “Həm müdafiə, həm də hücumda möhtəşəm oynadıq”

Del Boske: “Həm müdafiə, həm də hücumda möhtəşəm oynadıq”
DÇ-2010 8 İyul 2010 / 11:53 2827
-  A +

“Bu, əla və qeyri-adi oyun idi. Mən bütün futbolçularımı təbrik etməliyəm. Onlar həm müdafiə, həm də hücumda möhtəşəm oynadılar. Azarkeşlərimizə də əla dəstəyə görə minnətdarlığımı bildirirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri İspaniya yığmasının baş məşqçisi Visente del Boske deyib.
Dünən Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının yarımfinal mərhələsinin son oyununda Almaniyanı minimal hesabla məğlub etməklə, tarixində ilk dəfə mundialın finalına vəsiqə qazanan İspaniya millisinin təcrübəli çalışdırıcısı qələbəni orta sahə oyunçularının yüksək səviyyəli oyunu sayəsində qazandıqlarını bildirib: “Komandanın uğurunun əsası həmişə orta sahənin keyfiyyəti ilə qoyulur. Əgər orda hər şey qaydasındadırsa, onda futbolçulara öz ustalıq səviyyələrini göstərmək asan olur. Komandamızda əla ifaçılar cəmləşib. Yaxşı ehtiyat qüvvəmiz var. Mən gənc oyunçulardan ibarət gözlə kollektivə rəhbərlik edirəm. Onları futbolda artıq kifayət qədər təcrübəli adlandırmaq olar. Biz oyunun təşkilinin, görüş boyu topa nəzarətin yaxşı üsullarını axtarırıq. Futbolçularımız bu işi sadəcə, möhtəşəm görürlər”.
Del Boske iyulun 11-də keçiriləcək Hollandiya ilə həlledici oyun haqda da qısaca fikirlərini bildirib: “Onlar Hollandiya futbolunun əla məktəbini təmsil edirlər. Ümid edirəm ki, biz həmin görüşə optimal taktika tapa biləcək, topla düzgün davranacağıq”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi