"Qarabağ"ın ilk oyununun saatı açıqlandı

"Qarabağ"ın ilk oyununun saatı açıqlandı
ÖLKƏ FUTBOLU 21 İyun 2019 / 16:10 4122
-  A +

“Qarabağ” sabah Avstriyada ilk yoxlama oyununu keçirəcək.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası “Ludoqorets”lə qarşılaşacaq. Bolqarıstan təmsilçisi ilə matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” Avstriyada ümumilikdə 4 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi “Ludoqorets”dən başqa, Rumıniyanın “Krayova” (25 iyun), Rusiyanın “Ufa” (28 iyun), Çexiyanın “Viktoriya” (2 iyul) klubları ilə də qarşılaşacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord