Oskar Tabares: “Qapımıza ikinci qol ofsayddan vuruldu”

Oskar Tabares: “Qapımıza ikinci qol ofsayddan vuruldu”
DÇ-2010 7 İyul 2010 / 12:41 2549
-  A +

Dünya çempionatları tarixində 40 ildən sonra yarımfinala çıxan Uruqvay millisi dünən Cənubi Afrika Respublikasında təşkil olunan mundialın ilk yarımfinal oyununda Hollandiya yığmasına yenilərək (2:3) finala çıxa bilmədi. Lakin Qol.Az-ın məlumatına görə, həlledici oyuna vəsiqə qazana bilməsələr də, cənubi amerikalıların baş məşqçisi Oskar Tabares komandası ilə fəxr etdiyini bildirib. Üçüncü yer uğrunda oynamaq məcbuiriyyətində qalan uruqvaylıların çalışdırıcısı yetirmələrini tərifləməklə yanaşı, qapılarından keçən ikinci qolun ofsayddan vurulduğunu da iddia edib: “Futbolçularımız Hollandiya yığması ilə bərabər oynadılar. Onlardan bundan artığını xahiş edə bilməzdik. Biz məğlubiyyəti qəbul edirik, çünki rəqibimiz hücumda daha yaxşı oynayırdı. Bilirdim ki, holland futbolçular çox texnikalıdır və istənilən vaxt qol vura bilər. Ancaq biz gördük ki, qapımıza ikinci qol ofsayddan vuruldu. Bu, sayılmasaydı, oyun bizim üçün başqa cür ola bilərdi. Hər halda biz təslim olmadıq və sona kimi mübarizə apardıq”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi