"Real" yeni transferini təqdim etdi - Şəkil

"Real" yeni transferini təqdim etdi - <b style="color:red">Şəkil</b>
DÜNYA FUTBOLU 12 İyun 2019 / 18:07 5240
-  A +

"Real" "Ayntraxt"dan aldığı Luka Yoviçi ictimaiyyətə təqdim edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçirilib. Meydana daxil olaraq, azarkeşləri salamlayan 21 yaşlı futbolçu fotosessiya zamanı "kral klubu"nun emblemini öpüb.

"Real"a keçidi ilə bağlı təəssüratlarını bölüşən Yoviç özünü dünyanın ən xoşbəxt insanı hesab etdiyini bildirib: "Hazırda dünyada ən xoşbəxt oğlan mənəm, çünki məşhur klubla müqavilə bağladım. "Real"a titul qazandırmaq üçün bütün gücümü ortaya qoyacağam. İnanıram ki, düzgün seçim etmişəm".

Qeyd edək ki, Yoviç "Real"a 6 illik müqavilə imzalayıb.


 

Daha çox


Son xəbərlər
19.08.19  13:28

Messi qayıtdı