Dünyada böyük nüfuza sahib futbol turnirlərindən olan UEFA Avropa liqasının 2019-cu il 29 may tarixində Bakı şəhərində keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175 milyon manat vəsait daxil olub, ümumilikdə isə 680 milyon manatlıq iqtisadi qazanc əldə edilib.
Qol.az-ın APA-ya istinadən yaydığı xəbərə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına əsasən, bu göstəricilər beynəlxalq kontekstdə media üzərindən əldə edilən dəyər, turistlərin xərcləmələri, çarter reyslərlə təyyarə parkına eniş edən təyyarələrə göstərilən xidmətdən əldə edilən gəlir, oyun ilə əlaqədar UEFA tərəfindən çəkilən xərclər və digər göstəricilər əsasında müəyyənləşdirilib.
Rəsmi göstəricilərə əsasən, oyunu 300 milyona yaxın insan televiziya və internet üzərindən canlı izləyib. Mütəxəssislər hesab edir ki, beynəlxalq brendinq üzrə adambaşına düşən ortalama xərclər nəzərə alınsa, 300 milyona yaxın izləyici kütləsinə ölkəmizin media vasitəsilə tanıdılması üçün 505 milyon manatlıq vəsait ayrılmalı idi. Beynəlxalq turnirin Bakıda keçirilməsi eyni məbləğdə marketinq dəyəri yaradaraq, ölkəmizi yüz milyonlarla insana daha da yaxından tanıdıb.
Gənclər və İdman Nazirliyi və AFFA-nın məlumatlarına görə, final oyunu ilə bağlı ölkəyə gələn xarici turistlərin sayı 37,4 min nəfər olub. Onların hesabına ölkəmizə 115 milyon manatlıq nağd vəsait daxil olub. İqtisadi dəyərin 1.25 milyon manatdan çoxu Avroliqanın final oyununun keçirilməsi üçün cəlb olunan işçilərin əmək haqları hesabına yaranıb.
AZAL-dan daxil olan məlumatlarda isə 108 çarter reysi üçün alınan xidmət haqqının 687 min manatdan çox olduğu əksini tapıb.
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü
"Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz" - Kaxaber Sxadadze
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Viktor Qonçarenko milli komandanın baş məşqçisi olacaq
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokuna gedir
Müharibə bitməsə, beynəlxalq yarışlara buraxılmayacaqlar
"Bu məğlubiyyət bizi sarsıtmayacaq" - Ceyhun Nuriyev
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Məşhur güləşçi karyerasını başa vurdu
Finalda PSJ ilə “Flamenqo” üz-üzə gələcək
"Real" "Bavariya"nın futbolçusu ilə razılaşdı
Salah meydana qayıtdı, rekord qırdı
Kökçünün komandası böyük hesabla uduzdu
"Qalatasaray"ın 4 qollu qələbəsi - Video
Juninyo bu kluba satılır
"Qalatasaray" və "Rizespor"dan böyükhesablı qələbə
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu