"Yuventus" "Real"ın 4 futbolçusunu istəyir

"Yuventus" "Real"ın 4 futbolçusunu istəyir
DÜNYA FUTBOLU 11 İyun 2019 / 11:16 5274
-  A +

"Yuventus"un "Real"ın 4 futbolçusunu transfer etmək istəyir.

Qol.az-ın "Tuttosport"a istinadən yaydığı xəbərə görə, bunlar yarımmüdafiəçilər Xames Rodriqes, İsko, Daniel Sebalyos və müdafiəçi Marselodur. Madrid klubunun sözügedən oyunçularla yolları ayırmağa hazır olduğu iddia olunur.

Qeyd edək ki, Turin təmsilçisinin yaxın günlərdə "Real"la danışıqlara başlayacağı gözlənilir.


Son xəbərlər