"Bakıda kişilərin şort geyinməyinə qeyri-adi baxırlar" - Slovakiya mətbuatı

"Bakıda kişilərin şort geyinməyinə qeyri-adi baxırlar" - Slovakiya mətbuatı
XƏBƏR 10 İyun 2019 / 17:24 3640
-  A +

Slovakiya millisi  sabah Avro-2020-nin seçmə mərhələsində yığmamızın qonağı olacaq.

Qol.az xəbər verir ki, oyunu işıqlandırmaq üçün Bakıya gələn Slovakiyanın SME nəşrinin nümayəndəsi paytaxtımız haqda yazıb.

"Temperatur 40 dərəcəyə yaxındır. Lakin yerli əhali uzun paltarlar geyinir. Şort geyinənləri görəndə gülürlər və başlarını yelləyirlər. Azərbaycanda kişilərin şort geyinməyinə qeyri-adi baxırlar. Bu, nalayiq hesab olunur" - deyə qeyd olunub. 

Slovakiya millisi bu gün Bakı bulvarında gəzintidə olub. Komandanın saat 20:00-da "Bakcell Arena"da məşqə çıxacaq.

Son xəbərlər
09.05.25  12:37

Tarixdə 3-cü dəfə