Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində millimizlə sabahkı oyun öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib.
- Həm futbolçu, həm də baş məşqçi karyeramda qələbəyə inanmışam. Sabah məğlub olsaq, nə havanı, nə də başqa bir şeyi bəhanə edəcəyik. Uduzsaq, səbəbini özümdə görəcəm.
- Xorvatiya üzərində qələbədən sonra favorit Macarıstandır. Bu amil sizə necə təsir edə bilər?
- Məncə, qrupda kağız üzərində hər zaman başqa şeyi göstərmək olar. Amma meydandakı mübarizədən çox şey asılıdır. Sabah da uğurlu nəticə qazanmaq istəyirik. Azərbaycan yığmasına hörmətlə yanaşırıq. Onların oyun üslubu, futbolçuları barədə məlumat toplamışıq. Azərbaycanda yerli komandaya qarşı oynamaq təkcə bizə yox, bütün rəqiblərə çətin olacaq. Biz də rəqibə yuxarıdan aşağı baxmayacağıq.
- Uğurlu startdan sonra final mərhələsinə vəsiqə qazanacağınıza inamınız artıbmı?
- 2016-cı ildəki final mərhələsində Macarıstan yığması çıxış edib. Ondan bir müddət əvvəl vəsiqə qazana bilmirdik. Budəfəki Avropa çempionatında iştirak etmək istəyirik. Çünki Bakı ilə yanaşı, biz də ev sahiblərindən biriyik. Doğma azarkeşlərimiz önündə oynamaq istəyirik. Final mərhələsinə çıxa bilsək, əminəm ki, oyunlarımızda tribunalar dolu olacaq. Hazırda favorit Xorvatiyadır. Ondan sonra Uels və Slovakiya gəlir. Vəsiqə üçün isə ilk iki yeri tutmaq lazımdı. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə barədə düşünməliyik. Xorvatiya üzərində qələbə bizi ümidləndirdi. Amma sabah səhvlər etsək, Azərbaycan da bizi cəzalandıra bilər.
- Sabah Xorvatiya ilə oyundakı start heyəti meydana çıxacaq?
- Xeyr, eyni olması mümkün deyil, çünki zədəlimiz var. Ən yaxşı heyəti meydana çıxarmağa çalışacağıq. Mənim üçün hər zaman ən önəmlisi növbəti oyundur.
- Bəzi legioner futbolçularımız fərdi mükafatlara layiq görüldülər. Bu amil sizin üçün nə kəsb edir?
- Onlar üçün sevinirəm. Məşqçi heyəti seçir, komandanı hazırlayır. Amma hər şeyi meydanda futbolçular həll edir. Futbolçularımız da hazırda yüksək səviyyədədilər. Önəmli olan Xorvatiya ilə görüşdən sonra oyunçularımızın yaxşı formada olmasıdır. Futbolçularımız bütün dünyada çıxış edir. Belələrinin çox olması yaxşıdı. Mənim vəzifəm onlardan ibarət güclü kollektiv formalaşdırmaqdır.
- Azərbaycanda çalışan Roberto Bordinlə danışmısınızmı?
- Bordinlə birlikdə çıxış etmişəm. Onunla söhbət etmişəm. Ancaq çox məlumat vermədi.
- Uzun müddətdir səfərdə qələbə qazana bilmirsiniz. Sabahkı görüşdə qələbə üçün nə lazımdır?
- Bunun cavabını bilsəydim, əvvəldən qələbə qazanardım. Oyunlar zamanı rəqiblər haqda çox məlumat əldə etməyə çalışıram. Evdə daha uğurlu oynayırıq. Xorvatiya ilə görüşdə emosional idik. Özümüzü azarkeşlərin bir hissəsi kimi hiss edirdik.
"Yeni oyunçular bizə bir neçə titul qazandıracaq"
"Çelsi" onu icarə verməyə yaxındır
"Napoli" Lukakunun yerinə onu nəzərdən keçirir
"Vilyareal" "Çelsi"yə 30 milyona yaxın məbləğ ödəyəcək
"Milan" "Bayer"in oyunçusunu almağa yaxındır
"Qarabağ" onlara ot yoldurdu, həm də öz stadionlarının otunu
"Qalatasaray" "Mançester Siti" ilə anlaşdı
"Real"dan La Liqa tarixinin rekordu
Prezident və xanımı Gəncə stadionunda - Yenilənib+Şəkilıər
"Yuventus"a qayıdır
Azərbaycan 2-ci ıiqasında yeni mövsümün püşkü atıldı
"Real"ın sabiq üzvü "Napoli"yə keçdi
UEFA-dakı parlaq "Qarabağ" statistikası
"Roma"dan yeni transfer
"Fənərbaxça" hücum xəttini gücləndirdi
1-ci liqada yeni mövsümün püşkü atıldı
"İki top fərqi dünyanın sonu deyil" - Barnabas Varqa
Kevin Trapp Fransaya qayıtdı
Xabi Alonso Arda Güleri təriflədi
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb
Rövşən Nəcəfdən "Qarabağ"a təbrik
Azərbaycan Premyer Liqasında 10 il sonra ilk dəfə
Salahdan tarixi rekord
“Qarabağ” bu göstəricilərdə Çempionlar Liqasında liderdir!
“Musanın qoluna xüsusən sevindim” - Tahir Gözel
"Real" mövsümə qələbə ilə başladı
Budapeşt zəfəri - Video
Çempionlar Liqasında pley-off başladı
"Qarabağ"dan Macarıstanda möhtəşəm qələbə
Azərbaycan millisi Monteneqroya qalib gəldi
"Zirə" - "Araz-Naxçıvan" oyunundan - Video