"Mançester Yunayted"dən ilk transfer

"Mançester Yunayted"dən ilk transfer
DÜNYA FUTBOLU 6 İyun 2019 / 14:25 5755
-  A +

“Mançester Yunayted” yeni mövsüm öncəsi ilk transferini həyata keçirmək üzrədir.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “mankunyanlar”  “Suonsi”dən Daniel Ceymsi heyətinə cəlb edir.

Bu gün 21 yaşlı yarımmüdafiəçinin tibbi müayinədən keçəcəyi bildirilir. “Mançester Yunayted”in bu tranfer üçün qarşı tərəfə 17 milyon avro ödəyəcəyi qeyd olunub.

Uelslli futbolçu ötən mövsüm Çempionşipdə 33 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə edib.
 

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda