"Qəbələ"dən "Zirə"yə 2-ci transfer - rəsmi

"Qəbələ"dən "Zirə"yə 2-ci transfer -  rəsmi
ÖLKƏ FUTBOLU 3 İyun 2019 / 13:10 3526
-  A +

“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Elvin Camalov növbəti mövsümdən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı futbolçu əsas komandada 2013/14 mövsümündə debüt edib. 

E. Camalov karyerasını "Zirə"də davam etdirəcək. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Müxtəlif yaş qrupları üzrə milli komandalarımızda çıxış etmiş futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəl Cavid Hüseynov da "Qəbələ"dən "Zirə"yə keçib.


 

Daha çox


Son xəbərlər