"Qəbələ"dən "Zirə"yə

"Qəbələ"dən "Zirə"yə
ÖLKƏ FUTBOLU 1 İyun 2019 / 20:40 3010
-  A +

"Zirə" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan Cavid Hüsynovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Bu, "Zirə"nin mövsümlərarası fasilədə ikinci rəsmi transferidir. "Qartallar" daha öncə "Sumqayıt"dan Elvin Məmmədovu heyətinə qatıb.

Qeyd edək ki, Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.

Daha çox


Son xəbərlər
04.06.25  10:55

"Çelsi"dən ayrıldı