"Mançester Yunayted" "Bavariya"nı darmadağın etdi - Əfsanələrin oyunu

"Mançester Yunayted" "Bavariya"nı darmadağın etdi - Əfsanələrin oyunu
DÜNYA FUTBOLU 27 May 2019 / 01:05 7273
-  A +

Dünən "Mançester Yunayted" və "Bavariya" klubları arasında Çempionlar Liqasında 1998-1999 mövsümünün final oyununun 20 illik yubileyi münasibətilə xeyriyyə matçı keçirilib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "Old Trafford"da təşkil olunan görüşdə 20 il əvvəlki finalda üz-üzə gələn komandaların əfsanələri meydana çıxıblar. "Mançester Yunayted"in heyətində Kasper Şmeyxel, Qari Nevill, Yaap Stam, Devid Bekhem, Pol Skoulz və Ole-Qunnar Sulşer, "Bavariya"da isə Lotar Mateus, Ze Roberto, İvitsa Oliç, Roy Makaay və Covanni Elber kimi veteran futbolçular forma geyiniblər.

Qarşılaşma ingilislərin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Sulşer, Dvayt York, Niki Batt, Lui Saa və Bekhem vurublar.

Qeyd edək ki, 20 il əvvəl keçirilən final oyununda da "Mançester Yunayted" qalib gəlmişdi. Sadəcə, həmin vaxt hesab 2:1 olmuşdu. 6-cı dəqiqədə geri düşən "qırmızı şeytanlar" əsas vaxta əlavə olunmuş 1-ci və 3-cü dəqiqələrdə fərqlənərək, kuboka sahib çıxmışdılar. Maraqlıdır ki, həmin matçda qələbə qolunu hazırda "Mançester Yunayted"in baş məşqçisi olan Sulşer vurmuşdu.


Son xəbərlər