Vuvuzela Türkiyədə də aləmi bir-birinə vurdu

Vuvuzela Türkiyədə də aləmi bir-birinə vurdu
XƏBƏR 5 İyul 2010 / 15:25 1696
-  A +

Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatını izləyən hər bir kəsi bezdirən vuvuzela deyəsən bu gedişlə hələ çox fəlakətlərə yol açacaq. Qol.Az-ın məlumatına görə, sözügedən alət artıq CAR-dan kənarda da öz mənfi təsirlərini göstərməyə başlayıb. Türkiyənin Kocaeli bölgəsində keçirilən futbol turnirində vuvuzeladan istifadə olunması aləmi bir-birinə qatıb, xeyli insanın yaralanmasına səbəb olan davaya gətirib çıxarıb. Verilən məlumata görə, həmin turnir çərçivəsində keçirilən “Hisarcıklıspor” və “Girbay Sürücü Kursu” komandaları arasındakı görüşün 75-ci dəqiqəsində iki gənc tərəfdar vuvuzela çalmağa başlayıb. Səsdən rahatsız olmağa başlayan digər tərəfdarlar onlardan bu hərəkətlərindən əl çəkməyi tələb edincə, dava düşüb. Davanın getdikcə böyüməsi hətta oyunun dayanmasına da səbəb olub. Nəticədə polis işçiləri işə qarışmaq məcburiyyətində qalıb ki, onlar da davanı gözyaşardıcı qazlardan istifadə etməklə yatırda bilib. Nəticədə 10 nəfərin müxtəlif xəsarətlər aldığı xəbər verilir.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi