“Bakı Avropa Liqasının final matçına hazırdır. Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük imtahandır”.
Qol.az xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə “Anadolu” agentliyinə danışarkən deyib.
Nazir UEFA rəsmilərinin matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunu təftiş etdiklərini və 5 ballıq şkala ilə 4,5 bal qiymət verdiklərini bildirib: “Bu, hər bir metri planlı şəkildə inşa edilən stadiondur. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb. Bunadək Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula 1” kimi nəhəng yarışlara ev sahibliyi etsək də, belə səviyyədə futbol tədbirini ilk dəfə təşkil edəcəyik. Azarkeşlər bu matçı səbirsizliklə gözləyirlər. Gərgin matç olacaq”.
Qeyd edək ki, mayın 29-da keçiriləcək finalda “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.
Azərbaycan millisi 4-cü oldu
Reşford zədələndi
"Monako" Hütterlə yolları ayıra bilər
Millimiz gümüş medal qazandı - III MDB Oyunları
Azərbaycan millisi ilə oyunu buraxacaq
"Çelsi"nin kapitanı millinin heyətindən çıxarıldı
1-ci liqada oyunların vaxtı açıqlandı
Avarçəkmə yarışları başa çatdı - III MDB Oyunları
Azərbaycan millisi MDB Oyunlarında finala yüksəldi
“Oyunçularımıza inanıram” - Rəşad Eyyubov
“Napoli”nin yarımmüdafiəçisi İngiltərə klubunun hədəfində
Buffonun oğlu A seriyasında debüt etdi
Kannavaronun Özbəkistan millisinə təyinatı rəsmiləşdi
Rodri İspaniya millisinin heyətindən çıxarıldı
“Sabah”dan Mikelsin durumu ilə bağlı açıqlama
"Turan Tovuz"da yeni müqavilə
“Real”ın gənc oyunçusu “Marsel”ə keçə bilər
Ter Ştegen üçün İngiltərədən üç təklif