Almaniya millisində 22 futbolçu - Siyahı

Almaniya millisində 22 futbolçu - Siyahı
DÜNYA FUTBOLU 22 May 2019 / 16:20 3717
-  A +

Almaniya millisinin Avro-2020-nin seçmə mərhələsində Belarus və Estoniya ilə oyunlar üçün heyəti açıqlanıb.

Qol.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Yoahim Löv 22 futbolçuya dəvət göndərib. "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen və "Real"ın yarımmüdafiəçisi Toni Kross zədə səbəbindən milliyə çağırılmayıb.

Qapıçılar: Manuel Noyer ("Bavariya"), Bernd Leno ("Arsenal"), Kevin Trapp ("Ayntraxt")

Müdafiəçilər: Matias Ginter ("Borussiya", Münhenqladbax), Marsel Halştenberq, Lukas Klosterman (hər ikisi "Leyptsiq"), Yonas Hektor ("Köln"), Tilo Kerer (PSJ), Niko Şults ("Hoffenhaym"), Niklas Ştark ("Herta"), Niklas Züle ("Bavariya"), Conatan Ta ("Bayer")

Yarımmüdafiəçilər: Yulian Brandt, Kai Haverts (hər ikisi "Bayer"), Yulian Draksler (PSJ), Serj Qnabri, Coşua Kimmix, Leon Qoretska (hamısı "Bavariya"), İlkay Gündoğan ("Mançester Siti")

Hücumçular: Marko Roys ("Borussiya", Dortmund), Timo Verner ("Leyptsiq"), Leroy Sane ("Mançester Siti")

Qeyd edək ki, Almaniya millisi iyunun 8-də səfərdə Belarus, 3 gün sonra isə evdə Estoniya ilə qarşılaşacaq.

Son xəbərlər