“İnter”in məşq etməsinə şərait yoxdur

XƏBƏR 23 Yanvar 2009 / 13:33 2490
-  A +

“Komandada əhval-ruhiyyə yaxşıdır və hamı oyunun başlama saatını gözləyir”. Bu sözləri Qol.Az-a “İnter”in məşqçisi Elxan Abdullayev deyib. E.Abdullayev düşərgədəki son durum barədə bunları söyləyib: “Düzünü desəm, məşq etməyə şərait yoxdur. Daha doğrusu, stadion problemi var. Bu, təkcə “İnter”in yox, digər iştirakçıların da problemidir. Ona görə də, sadəcə trenajor zalındakı hazırlıqla kifayətlənirik. “Aktobe” ilə oyun öncəsi hansısa ciddi itkimiz yoxdur. Elvin Məmmədovla Cavid Hüseynovun yüngül zədələri olsa da, onların oynaması ilə bağlı ciddi problem yoxdur. Rəqibin də oyunlarına baxıb müəyyən məlumat toplamışıq. Bizim üçün əsas məqsəd finala çıxmaqdır və bütün komanda olaraq hamı yalnız bunu düşünür. İnanırıq ki, azarkeşlər də bizi dəstəkləyəcəklər”.   

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi