İbrahimoviç cəzalandırıldı

İbrahimoviç cəzalandırıldı
DÜNYA FUTBOLU 18 May 2019 / 10:00 2345
-  A +

"Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç iki oyunluq cəzalandırılıb.

Qol.az ABŞ mətbuatına istinadən xəbər verir ki, buna zəbəb isveçli futbolçunun MLS liqasının son turunda "Nyu-York Siti" ilə görüşdə rəqib qapıçısı ilə aralarında yaşanan insidentdir.

Zlatan komandası 0:2 uduzduğu matçın sonuna yaxın vaxtı uzatmağa çalışan rəqib qolkiper Şon Consonla mübahisə edib. Qapıçı onu itələyib. İbrahimoviç isə rəqibinin boğazından yapışıb.

Qeyd edək ki, 37 yaşlı forvard bu mövsüm MLS-də 10 oyuna 9 qol vurub. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı