"Neftçi" Canluka Sansonedən sonra heyətinə daha bir italiyalı futbolçu qata bilər.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" Dieqo Fabbrini ilə yaxından maraqlanır. Ötən yay transfer olduğu Rumıniyanın "Botoşani" klubu ilə müqaviləsi başa çatan 28 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə azad agent kimə keçə bilər. Roberto Bordinin həmyerlisini "Neftçi"də görmək istədiyi iddia olunur. Eyni zamanda, Fabbrini ilə "Qarabağ"ın da maraqlandığı bildirilir.
Qeyd edək ki, "Empoli"nin yetirməsi olan yarımmüdafiəçi müxtəlif vaxtlarda ölkəsində "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərədə "Uotford", "Milluol", "Birmingem", "Midlsbro" və İspaniyada "Real Ovyedo" kimi klubların formasını geyinib. Son olaraq, "Botoşani"də çıxış edən Fabbrini 19 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 12 dəfə İtalliyanın U-21 yığmasına çağırılan futbolçu bir dəfə də əsas millinin formasını geyinib.
"Qəbələ" fransalı yarımmüdafiəçi aldı - Rəsmi
"Mingəçevir" 6 transferini açıqladı
Yayda ayrıldığı kluba qayıtdı
Eriksen Bundesliqa klubuna keçməyə yaxındır
Millimiz Gürcüstana qalib gəldi
"Neftçi" Şeydayevlə yollarını ayırdı - Rəsmi
Rafinya Boliviya ilə oyundan sonra gileyləndi
"Qəbələ"dən yeni transfer - Rəsmi
Tuhel İngiltərə millisinin tarixinə düşdü
1-ci liqada mövsümün ilk oyunlarının hakimləri açıqlandı
"Beşiktaş"dan yeni transfer
"İnter" bu formalarla oynayacaq - Şəkillər
"Karvan"da iki ayrılıq
Azərbaycanlı futbolçu Xorvatiyada ilk qolunu vurdu
Millimiz Moldovada təlim-məşq toplanışında olacaq
Messi karyerasında ilki yaşadı
Azərbaycan millisi ilə oyundan sonra istefası tələb olunur