Əcnəbi telekanallardan birində Azərbaycanla bağlı reportaj hazırlanması üçün jurnalistlərdən birinə tapşırıq verilir.
Bu tapşırığı alan jurnalist xəritədə Azərbaycanı tapır və müəyyən məlumatlar alır bu məlumatlar içərisində Qarabağ münaqişəsi haqqında da oxuyur.
Reportaj hazırlamaq üçün Bakıya gələn jurnalist Heydər Əliyev hava limanında bir nəfərə yaxınlaşır, mikrofonu uzadır və özünü təqdim etməsini istəyir. Cavab onu təəccübləndirir: “I am Karabakh”. (Yəni “Mən Qarabağam”.)
Jurnalist paytaxtın gəzməli görməli yerlərində (Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Neft daşları, Bakı Metrosu, Milli park, Yanar dağ, Atəşgah, Qobustan) kimə yaxınlaşırsa eyni cavabı alır: I am Karabakh.
Daha sonra bu əcnəbi jurnalist Azərbaycanın müxtəlif bölgələrinə yollanır.
Qazaxda Göyəzən dağı
Mingəçevirdə avarçəkəmə bazası
Şamaxıda Qafqazın ən qədim məscidi
Gəncədə Nizaminin məqbərəsi
Qubada Qırmızı qəsəbə
Lənkəranda çay plantasiyaları
Füzulidə Lələ-təpə
Şəkidə Xan sarayı
Və s...
Bütün Azərbaycanı gəzir və hamı bu jurnalistə bir cavab verir “ Mən Qarabağam”.
O yenidən Bakıya qayıdır bir az yorğun, bir az dilxor oturur bir səkinin üstündə və başını qaldırır ki, yazılıb “Tofiq Bəhramov adına stadion”. Stadionun qarşısından keçən bir nəfər onun diqqətini cəlb edir və fikirləşir ki, son cəhd edim bəlkə bu adamdan bir söz aldım. Arxadan onu çağırır...
Çağırılan adam, “Qarabağ” klubunun kapitanı Rəşad Sadıxov arxaya çönür. Avropalı jurnalist mikrofonu uzadan kimi eyni sözü eşidir: I am Karabakh.
Jurnalistin təəccübünü görən Rəşad onun qoluna girib meydançaya aparır.
Meydançadakı məşq edən oyunçular da bir nəfər kimi I am Karabakh deyir.
Daha sonra tribunada toplaşmış fanatlar I am Karabakh deyir.
Bundan sonra “Qarabağ” klubunun müxtəlif Avropa oyunlarından kadrlar ekrana gəlir, dolu tribunalardan Ağdamın indiki halını əks etdirən fotolara keçid edilir. Sonda ingilis dilində belə bir titr:
“Ruhlar şəhərinin komandası – “Qarabağ”
***
Bu, bir dəqiqəlik video-çarxın ssenarisidir. 4 ildir ki, hazırlamışam və reallaşdırmaq istəyirəm. Çox adam baxıb, bəyənib. Müxtəlif səviyyələrdə... Amma heç kəs çəkilməsi üçün dəstək olmayıb...
Planlaşdırırdım ki, bu videoçarxı sosial şəbəkədə yayanda xahiş edərdim ki, bütün sosial şəbəkə istifadəçiləri bunun ardınca – “I am Karabakh” yazıb YouTube kanalına, ya da Facebook səhifəsinə yerləşdirsin. Yaxşı olardı. Amma olmur.
Əgər “Qarabağ” komandası kimi bir reallıq ermənilərin əlində olsaydı onlar bu fürsəti qaçırmazdı. Biz isə qaçırırıq. Və sonra da ermənilərlə informasiya müharibə aparmaq barədə danışırıq. İş görmürük ha, danışırıq.
***
“Qarabağ” yenə çempion oldu. Yenə Avropada oynayacaq. Təbrik edirəm. Daha başqa nə deyim ki...
Asəf QULİYEV
İspaniya Superkubokunun təqvimi bilindi
Rəqibimizdə daha bir itki
Jordi Alba karyerasını başa vurur
Azərbaycan güləşçilərindən 6 medal - III MDB Oyunları
Emre Belözoğlu istefa verdi
Hakimlər Komitəsinin sədri mübahisəli epizodları şərh etdi
Azərbaycan güləşçisi III MDB Oyunlarının qalibi oldu
Superliqada daha bir istefa
“Barselona” ötən mövsüm üçün gəlirlərini açıqladı
"Atletik"in "Qarabağ"la oyunqabağı problemləri yaranıb
III MDB Oyunları: Azərbaycan qılıncoynadanları finalda
"Sabah"ın qapıçısı Qazaxıstan millisinə dəvət alıb
Oktyabrın 9-u, "Park de Prens"də...
"Hamımızın bacarığına, xarakterinə bələddir" - Musa Qurbanlı
Parisə gedən yol Mərdəkandan başladı - Şəkillər
Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb
Kiçik Bellingem niyə narazıdır?
Uğursuz nəticələrdən sonra qovulur
FİFA təqvimi dəyişdi - Azərbaycana da təsir edəcək
Səs-küylü qərar verən məşqçi Qazaxıstan millisinə gətirilir
Azərbaycan medal sıralamasında gerilədi - III MDB Oyunları
Azərbaycan millisi 4-cü oldu
Reşford zədələndi
"Monako" Hütterlə yolları ayıra bilər
Millimiz gümüş medal qazandı - III MDB Oyunları
Azərbaycan millisi ilə oyunu buraxacaq
"Çelsi"nin kapitanı millinin heyətindən çıxarıldı
1-ci liqada oyunların vaxtı açıqlandı
Avarçəkmə yarışları başa çatdı - III MDB Oyunları
Azərbaycan millisi MDB Oyunlarında finala yüksəldi
“Oyunçularımıza inanıram” - Rəşad Eyyubov
“Napoli”nin yarımmüdafiəçisi İngiltərə klubunun hədəfində
Buffonun oğlu A seriyasında debüt etdi
Kannavaronun Özbəkistan millisinə təyinatı rəsmiləşdi
Rodri İspaniya millisinin heyətindən çıxarıldı