Sabah Topaz Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək.
Qol.az-ın gabalafc. az saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” mövsümdə son ev oyununa çıxacaq. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. Komanda 49-cu dəfə paytaxt təmsilçisi ilə üz-üzə gələcək. İndiyədək iki komanda ümumilikdə 48 dəfə görüşüb. Hesabında 17 qələbə və 11 heç-heçə olan “Qəbələ” 19 məğlubiyyət alıb. Top fərqində isə üstünlük “qırmızı-qaralar”ın tərəfindədir – 63:61.
Beş dəfə Azərbaycan kubokunda görüşən komandalar Premyer Liqa çərçivəsində 43 dəfə münasibətlərini aydınlaşdırıb. “Qəbələ” 16 dəfə üç, 9 dəfə bir xal qazanıbsa, 18 dəfə qələbə bakılıların olub. 56 qol sevinci yaşayan “qırmızı-qaralar” öz qapısında 55 top görüb.
“Neftçi” ilə 25-ci ev oyununa çıxacaq “Qəbələ” doğma azarkeşlər önündə 8 qələbə qazanıb. 6 heç-heçə və 10 məğlubiyyətin də qeydə alındığı qarşılaşmalarda 63 qol vurulub. Qonaqlar top fərqində minimal üstünlüyə malikdir – 32:31.
"Qəbələ" fransalı yarımmüdafiəçi aldı - Rəsmi
"Mingəçevir" 6 transferini açıqladı
Yayda ayrıldığı kluba qayıtdı
Eriksen Bundesliqa klubuna keçməyə yaxındır
Millimiz Gürcüstana qalib gəldi
"Neftçi" Şeydayevlə yollarını ayırdı - Rəsmi
Rafinya Boliviya ilə oyundan sonra gileyləndi
"Qəbələ"dən yeni transfer - Rəsmi
Tuhel İngiltərə millisinin tarixinə düşdü
1-ci liqada mövsümün ilk oyunlarının hakimləri açıqlandı
"Beşiktaş"dan yeni transfer
"İnter" bu formalarla oynayacaq - Şəkillər
"Karvan"da iki ayrılıq
Azərbaycanlı futbolçu Xorvatiyada ilk qolunu vurdu
Millimiz Moldovada təlim-məşq toplanışında olacaq
Messi karyerasında ilki yaşadı
Azərbaycan millisi ilə oyundan sonra istefası tələb olunur