“Bilirik ki, “Liverpul” Premyer Liqada “Mançester Siti” ilə çempionluq mübarizəsi aparır. Rəqibimiz çox möhkəm komandadır. Əla hücumçulara malikdir. Sürətli pressinq edirlər”.
Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinalında sabah “Liverpul”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis rəqib haqda müsbət fikirlər səsləndirib:"Klopp “Borussiya”dakı uğurunu davam etdirir. Bu mövsüm Premyer Liqada cəmi bir oyunda uduzublar. Bu da onların əsl gücünü göstərir.
Çempionluğumuzu təmin etməyimiz rəqibə nisbətən üstünlüyümüzdür. “Liverpul” bizimlə müqayisədə daha yorğun ola bilər. Ancaq Çempionlar Liqasının yarımfinalında yorğunluq əhəmiyyətli deyil.
Baş məşqçi komandanın lideri, kapitan Lionel Messi haqda da danışıb: "Messi özünü yaxşı hiss edir. Bu ay digərləri ilə müqayisədə ona daha çox istirahət verdik".
Valverde "Liverpul"un baş məşqçisi Yurgen Kloppun "Nou Kamp" haqda "Bu arena futbol məbədi deyil, adi stadiondur" deməsinə də münasibət bildirib: "Son vaxtlar azarkeşlərimiz “Nou Kamp”da həlledici rol oynayırlar. Elə oyunlarımız olub ki, bizi 90 mindən çox azarkeş dəstəkləyib. Bizə onların dəstəyi lazımdır və rəqibimiz də bunu anlamalıdır. Məncə, Klopp sadəcə stadion amilini çox şişirtmək lazım olmadığını demək istəyib. Bu, sadəcə bir futbol oyunudur.
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı