“Şəxsən mən Avropa Liqasının Bakıdakı finalında İngiltərə - Almaniya qarşılaşmasını görmək istəyirəm. Siz yaxşı bilirsiniz ki, 1966-cı ilin dünya çempionatının finalına bizim birbaşa aidiyyatımız var. Həmin matçın laysmanı Azərbaycan hakimi Tofiq Bəhramov idi. Məhz onun qərarı ilə İngiltərə tarixindəki yeganə dünya çempionluğunu qazanıb”.
Qol.az-ın xəbərinə görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın “Sovetski sport” qəzetinə müsahibəsində söyləyib. O qeyd edib ki, əcnəbi azarkeşlər üçün Tofiq Bəhramov güşəsi yaradılacaq. Bundan başqa onun heykəlini ziyarət etmək mümkün olacaq.
Elxan Məmmədov mayın 29-da keçiriləcək Avropa Liqasının finalını canlı izləyəcək azarkeşlərin sayı haqda da danışıb: “Martda UEFA onlayn-satışa başlayanda 21 min bilet satılmışdı. Qeyd edim ki, bu zaman hələ Avroliqada yarımfinalçılar bilinmirdi. İnsanlar sadəcə Bakıya gəlmək üçün bilet alırdılar. UEFA ilə əldə edilmiş razılığa əsasən, 15 min bilet Azərbaycan azarkeşləri üçün satılacaq. Hər biri 10 min olmaqla finalçı komandalara bilet ayrılacaq. Əminəm ki, stadion tam dolacaq. Əlavə olaraq, futbol bayramını yaşamaq üçün Bakıya gələcəklər”.
“İqtisadi baxımdan sizin üçün hansı komandaların finala çıxması sərf edir” sualına isə AFFA-nın baş katibi belə cavab verib: “Əlbəttə, ingilislərin. Çünki təkcə pivə satışından bütün xərci çıxarmaq olacaq”.
Sumqayıtdakı qol şousu, qırmızı vərəqə, penalti - Video
Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə münasibət
"Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur" - Saşa İliç
"Arada hirslənmək lazımdır" - Qurban Qurbanov
FİFA Ronaldoya görə posteri dəyişdi
"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat
"Səbail"in xal itkisi - Video
Flik Messinin "Barselona"ya mümkün qayıdışı haqda
FİFA Türkiyə klubunu cəzalandırdı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal
"Sumqayıt" - "Qarabağ": Heyətlər
Yevlaxda vurulan qollar - Video
"Sonuncu pillədən qurtulmaq şərt deyil" - Azər Bağırov
"Səbail" "Baku Sportinq"lə heç-heçə etdi
Azərbaycan millisi Banqladeşə bu heyətlə gedir
Azərbaycan Premyer Liqasında qəribə olay - Video
“Sumqayıt” - “Qarabağ” oyununun biletlərinin çoxu satılıb
Di Mariyanın komandası çempion oldu
Yevlaxda heyətlər açıqlandı
"Yuventus"da ciddi itki
Təxirə salınmış "Sabah" - "Qarabağ" matçının vaxtı bilindi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Avropa çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək
"Qarabağ" Çempionlar Liqası üçün yeni futbolçu sifariş etdi
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı açıqlandı
40 yaşında futbolla vidalaşdı
Millimiz qızıl medal qazandı
Güləşçilərimizdən İslamiadada daha 3 medal