Simeonedən Qrizmann açıqlaması - "Gələn mövsüm..."

Simeonedən Qrizmann açıqlaması - "Gələn mövsüm..."
DÜNYA FUTBOLU 27 Aprel 2019 / 14:10 2831
-  A +

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone yayda Antuan Qrizmannın "Barselona"ya keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qol.az-ın "Goal.com"a istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis fransız hücumçunun növbəti mövsümdə də komandada qalacağını söyləyib:

"Antuan "Atletiko" üçün çox vacib oyunçudur. Biz gələcəkdə də ona bel bağlayacağıq. Komandanın kapitanlarından biridir. Ümid edirik ki, növbəti mövsümdə də ən azı bu ilki qədər məhsuldar olacaq".

Qeyd edək ki, Qrizmann mövsümün hazırkı hissəsinə kimi "Atletiko"nun heyətində 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.


Son xəbərlər