19 yaşlı futbolçu Zidanın hədəfində

19 yaşlı futbolçu Zidanın hədəfində
DÜNYA FUTBOLU 25 Aprel 2019 / 19:36 3482
-  A +

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço karyerasını İspaniyada davam etdirə bilər.

Qol.az "Bild"ə istinadən xəbər verir ki,  "Real" Sançonun xidmətində maraqlıdır.

Baş məşqçi Zinəddin Zidanın 19 yaşlı oyunçununun alınmasını istəyir. "Borussiya"nın ingiltərəli oyunçunun qarşılığında  80 milyon avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, Sanço bu mövsüm Bundesliqada 30 oyuna  11 qol vurub, 16 məhsuldar ötürmə edib.

Son xəbərlər