"Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisi ərəfəsində avtomobil həvəskarları üçün yeni sayt istifadəyə verilib.
İdman Araşdırmalar Mərkəzinin (İAM) növbəti layihəsi olan Autocity.az-da avtomobil idmanı ("Formula 1", ralli, kartinq, motosiklet) ilə yanaşı, yol hərəkəti qaydaları və qəzalarından bəhs edən gündəlik operativ xəbərlər, müvafiq idman növləri və hadisələr üzrə multimedia materialları (fotosessiya, videolar), araşdırmalar, geniş təhlil və reportajlara yer verilir. Eyni zamanda saytın öz əməkdaşları və mütəxəssislərin fikirləri üçün bloqların yaradılıb.
Saytda Avtomobil satışı distribüterləri, maşın bazarları, ehtiyat hissələrinin satış mağazaları və digər obyektlərdən reportajlar hazırlanır, yerli və dünya avtomobil bazarındakı vəziyyətin öyrənilməsi, təhlili aparılır, məşhurlardan müsahibələr götürülür. Sürücülük vəsiqəsi almaq istəyənlər üçün test materialları, avtomobil satışına dair reklam və elanlara da saytda yer veriləcək.
Autocity.az - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil İdmanı Federasiyası, Azərbaycan Motosiklet İdmanı Federasiyası, "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti kimi qurumlarla sıx əməkdaşlıq şəraitində çalışacaq.
Məqsəd Azərbaycanda avtomobil idmanı üzrə yarışları təbliğ etməklə, bu sahədə yerli idmançıların yetişməsinə dəstək olmaq, ən azı 2023-cü ilədək təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisini, avtomobil idmanı ilə bağlı ölkədaxili və beynəlxalq yarışları geniş işıqlandırmaq, retro və yeni avtomobil sərgiləri, yürüşlərindən reportajlar hazırlamaq, yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işləri aparmaq, Azərbaycanın avtomobil sektorundakı nöqsan və çatışmazlıqları üzə çıxarmaq, alqı-satqı elan və reklamlarına yer verməklə, saytı kommersiya platformasına çevirməkdir.
Qeyd edək ki, Autocity.az İAM-ın 7-ci ildönümü ərəfəsində ərsəyə gəlib. Qurumun təsis etdiyi Sportnet.az saytının isə mayın 15-də 5 yaşı tamamlanacaq. 
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
"Mançester Siti"dən ayrılır
Messi "Barselona"dan getdiyinə peşmandır?
Neymar 3 ay yarımdan sonra qol vurdu
İlin futbolçusu seçildi
Millimizdən 2 məğlubiyyət
Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər