"Bakı bizim üçün uzaq görünür, amma ..." - "Valensiya"nın baş məşqçisi

"Bakı bizim üçün uzaq görünür, amma ..." - <b style="color:red">"Valensiya"nın baş məşqçisi</b>
DÜNYA FUTBOLU 19 Aprel 2019 / 13:48 2920
-  A +

"Oyuna çox yaxşı başladıq. İlk 30 dəqiqədə əla çıxış etdik, hətta qol da vurduq. Sonra isə bir qədər dayandıq. Deyərdim ki, bir az bəxtimiz də gətirdi. Nəticə üçün oynadıq. Mübarizəni davam etdirdiyimiz üçün sevinirəm".

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri Avropa Liqasının 1/4 final mərhələsinin "Vilyarreal"la cavab oyunundan (2:0) sonra "Valensiya"nın baş məşqçisi Marselinyo Qarsiya Toral deyib.

İki görüşün nəticəsinə əsasən, yarımfinala adlayan "yarasalar" bu mərhələdə "Arsenal"la qarşılaşacaqlar. İngilis klubu ilə qarşıdakı matça da toxunan Toral Bakıda keçiriləcək final haqda danışmağın tez olduğunu söyləyib: "Bizi yarımfinalda turnirin favoritlərindən biri ilə çətin oyun gözləyir. "Arsenal"ın baş məşqçisi bizi əla tanıyır. Hələlik Bakı bizim üçün çox uzaq görünür. Çünki cütün favoriti London təmsilçisidir. Buna baxmayaraq, hər şey ola bilər. Komandada hamı həyəcanlıdır. Final oynamaq istəyirik".

Qeyd edək ki, "Valensiya" ilə "Arsenal" arasında ilk oyun mayın 2-də Londonda, cavab qarşılaşması isə bir həftə sonra Valensiyada olacaq. Turnirin final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
 

Son xəbərlər
25.05.19  17:09

Ronaldo oynamayacaq