Çakır ÇL-in vacib oyununda - UEFA-dan təyinat

Çakır ÇL-in vacib oyununda - <b style="color:red">UEFA-dan təyinat</b>
DÜNYA FUTBOLU 15 Aprel 2019 / 14:11 4023
-  A +

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 2 oyununa hakim təyinatlarını açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, aprelin 17-də “Mançester Siti” ilə “Tottenhem” arasında keçiriləcək cavab matçı Cüneyt Çakıra tapşırılıb. İngilislərin duelində türkiyəli FİFA referisinə Bahattin Duran və Tarık Onqun köməklik edəcəklər. Görüşün 4-cü hakimi portuqaliyalı Artur Diaş olacaq. VAR (videotəkrar) sisteminə isə Massimiliano İrrati və Marko Quida nəzarə edəcək.

“Portu”- “Liverpul” oyununu isə hollandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Danni Makkeli, onun köməkçiləri isə Mario Diks və Hessel Steqstra olacaq. Dördüncü hakim funksiyasını Yunanıstan Futbol Federasiyasından Tasos Sidiropulos yerinə yetirəcək. VAR hakimləri isə Pol van Bukel və Yohem Kamphyuis olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk oyunda “Tottenhem” “Mançester Siti”ni 1:0, “Liverpul” isə “Portu”nu 2:0 hesabı ilə məğlub edib.
 

Daha çox


Son xəbərlər