"İnter" və "Napoli"dən səfər qələbəsi

"İnter" və "Napoli"dən səfər qələbəsi
DÜNYA FUTBOLU 15 Aprel 2019 / 01:47 2416
-  A +

İtaliya A Seriyasında 32-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 6 qarşılaşma oynanılıb.

Çempionlar Liqasına vəsiqə uğrunda yarışan "Napoli" və "İnter" turu qələbə ilə başa vurublar. Neapollular səfərdə "Kyevo"nu, milanlılar isə "Frazinone"ni eyni - 3:1 hesabı ilə məğlub ediblər.


14 aprel

"Torino" - "Kalyari" - 1:1
Qollar:
S. Zaza, 52 (1:0), L. Pavoletti, 75 (1:1)

"Fiorentina" - "Bolonya" - 0:0

"Sampdoriya" - "Cenoa" - 2:0
Qollar:
Q. Defrel, 3 (1:0), F. Kualiyarella, 53-penalti (2:0)

"Sasuolo" - "Parma" - 0:0

"Kyevo" -"Napoli" - 1:3
Qollar:
X. Kolibali, 15 (0:1), 81 (0:3), A. Milik, 64 (0:2), B. Sezar, 90 (1:3)

"Frazinone" - "İnter" - 1:3
Qollar:
R. Naynqqolan, 19 (0:1), İ. Perişiç, 37-penalti (0:2), F. Kassata, 61 (1:2), M. Vesino, 90

Qeyd edək ki, 32 turdan sonra turnir cədvəlinin zirvəsində 84 xalla "Yuventus" qərarlaşıb. 67 xalı olan "Napoli" 2-ci, 60 xallı "İnter" isə 3-cüdür.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır