İngilislər uğursuzluğun səbəbini tapdılar: Runinin tükləri!

İngilislər uğursuzluğun səbəbini tapdılar: Runinin tükləri!
DÇ-2010 29 İyun 2010 / 15:11 3111
-  A +

Dünya çempionatı ilə vaxtında əvvəl vidalaşan İngiltərə millisi ətrafında müzakirələr səngimək bilmir. Qol.Az-ın məlumatına görə, britaniyalı jurnalistlər ingilislərin almanları 1:4 hesabı ilə uduzduğu oyuna qəribə səbəb tapıblar. «Daily Mail» qəzeti hesab edir ki, uğursuzluğun səbəbi Ueyn Runinin… bədənindəki tükü qırxmasıdır.
Braitaniyalı jurnalistlərin fikrincə, məhz bu amil seçmə mərhələdə vurduğu qollarla İngiltərə millisini dünya çempionatına gətirən Runinin mundialdakı uğursuz çıxışına səbəb olub. «Runi bədənində tükü aldırmaqla gücünü itirib» - deyə jurnalistlər bildiriblər.
Runinin İncildə adı çəkilən Samsona bənzədən Britaniya mətbuatı yazıb: «Samson ona güc verən saçlarını kəsdirdikdən sonra zəifləməyə başladı. Runi də bədənindəki tükü qırxmaqla eyni aqibəti yaşadı».


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi