“Turan” Nizami Sadıqovu yenidən Sakit Alıyevlə əvəzlədi

“Turan” Nizami Sadıqovu yenidən Sakit Alıyevlə əvəzlədi
XƏBƏR 29 İyun 2010 / 11:42 1615
-  A +

Unibank Premyer Liqasında çıxış edən “Turan”da baş məşqçi dəyişikliyi baş verib. Qol.Az-ın məlumatına görə, Tovuz klubunda baş məşqçi Nizami Sadıqovu onun köməkçisi Sakit Alıyev əvəz edib. Bu dəyişiklik daha çox Tovuz klubunun prezidenti Musa Süleymanovun istəyi ilə baş tutub. Qeyd edək ki, Sakit Alıyev əvvəllər də “Turan”ın baş məşqçisi vəzifəsində çalışıb. O, 2006-cı ilin qışında “Turan”ın baş məşqçisi olub və 2 ilə yaxın komandaya rəhbərlik edib. Tovuz klubu qarşıdakı mövsümdə son çempionatla müqayisədə daha iddialı olmağı planlaşdırır. Ancaq “Turan”ın ciddi maliyyə problemləri olduğundan, Sakit Alıyevin komandaya nə dərəcədə kömək edəcəyi böyük sual altındadı.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi