"Məğlubiyyətə layiq idik" - Niko Kovaç

"Məğlubiyyətə layiq idik" - Niko Kovaç
DÜNYA FUTBOLU 14 Mart 2019 / 13:28 2366
-  A +

"Liverpul" güclü rəqibdir. Həm onları, həm də  Yürgen Kloppu təbrik edirəm. İki oyunda da bizdən daha yaxşı idilər. Məğlubiyyətə layiq idik. Rəqib bizə boşluq buraxmadı. Bu da işimizi çətinləşdirdi. Bizim günümüz deyildi. "Liverpul" Avropanın ən yaxşı komandalarından biridir . Onlar ötən mövsüm bu turnirin finalında oynayıblar. Premyer Liqada da yüksək pillədədirlər. "Liverpul" bizə sərhədlərimizi göstərdi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Bavariya"nın baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a 1:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra deyib.

O bildirib ki, bundan sonra mübariznə davam etdirdikləri digər turnirlərə baxacaqlar: "Bundesliqada liderik. Ölkə kubokunda mübarizə aparırıq. Hədəfimiz iki kuboku da qazanmaqdır".


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi