Pedro Enrike qolla başladı

Pedro Enrike qolla başladı
XƏBƏR 19 Fevral 2019 / 13:26 4386
-  A +

Qış fasiləsində "Astana"dan ayrılıb, müqavilə ilə məxsus olduğu PAOK-a qayıdan Pedro Enrike təqribən ilyarımlıq fasilədən sonra Saloniki təmsilçisinin heyətində meydana çıxdığı ilk oyunda qol vurub.

Qol.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi Yunanıstan Superliqasının 21-ci turunun "Apollon"la səfər oyununda fərqlənib. Görüşün 88-ci dəqiqəsində rəqib qapısına yol tapan 28 yaşlı futbolçu komandasının 5:1 hesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, Pedro 2017-2018 mövsümündə icarə əsasında "Qarabağ"ın da formasını geyinib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi