9 rəqəmi əbədiləşdirildi - Salanın xatirəsinə

9 rəqəmi əbədiləşdirildi -  Salanın xatirəsinə
DÜNYA FUTBOLU 8 Fevral 2019 / 16:05 3927
-  A +

Fransanın "Nant" klubu təyyarə qəzasında dünyasını dəyişən futbolçusu Emiliano Sala ilə bağlı təqdirəlayiq addım atıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, argentinalı futbolçunun forma nömrəsi əbədiləşdirilib. Bu isə o deməkdir ki, "Nant"da 9 nömrəli formada heç kim çıxış etməyəcək.

Xatırladaq ki, "Nant"dan "Kardiff"ə transfer olunan Sala Uelsə gedərkən təyyarə qəzasında həyatını itirib.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi