Bu həftə Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək.
Qol.az xəbər verir ki, “Qəbələ” 2019-cu ildəki ilk rəsmi matçını “Sumqayıt”a qarşı keçirəcək.
15-ci turun görüşü “qırmızı-qaralar”ın meydanında baş tutacaq. Bu, matçla hər iki komanda 3-cü dövrəyə başlayacaq. İlk iki dövrədə üz-üzə gələn rəqiblər heç-heçələri sıralayıb. Qəbələdəki ilk oyunda "qırmızı-qaralar" hesabı 1-ci hissədə açsa da, matçın sonunda bərabərlik qolunu buraxıb – 1:1. Sumqayıtdakı görüşdə isə meydan sahibləri 2 top önə keçsə də, “Qəbələ" hesabda tarazlıq yaratmağa müvəffəq olub – 2:2.
Fevralın 3-də baş tutacaq oyun ümumilikdə rəqiblərin 27-ci qarşılaşması olacaq. Bu görüşlərin hamısı Premyer Liqa çərçivəsində baş tutub. “Qəbələ” Sumqayıtın eyniadlı təmsilçisi ilə matçlarda böyük üstünlüyə malikdir. 16 dəfə qələbə qazanan komanda 8 dəfə 1 xalla kifayətlənib və yalnız 2 dəfə uduzub. Bu oyunlarda meydanı heç vaxt qolsuz tərk etməyən “qırmızı-qaralar” top fərqində də öndədir – 46:20. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə rəqib qapısına yol tapıb. Aleksey Qay, Dodo, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 qol vurublar.
“Qəbələ” evdə keçirdiyi 13 görüşdə məğlub olmayıb. Doğma arenada 10 qələbəsi olan komanda 3 heç-heçə edib. Rəqib qapısından 25 top keçirən "Qəbələ" 7 qol buraxıb.
Xatırladaq ki, fevralın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 14:00-da başlayacaq.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun