"Prosineçki yaxşı üstünlüklərə sahibdir" - Edin Ceko

"Prosineçki yaxşı üstünlüklərə sahibdir" - Edin Ceko
XƏBƏR 18 Dekabr 2018 / 22:08 3136
-  A +

Bosniya  və Herseqovina millisinin futbolçusu Edin Ceko yığmamıza qayıda biləcəyi iddia edilən baş məşqçisi Robert Prosineçki haqda danışıb.

Qol.az-ın xarci KİV-lərə istinadən yaydığı xəbərə görə, o, komandanın builki uğurlarında xorvatiyalı mütxəssisin rolu olduğunu deyib: "Bu il azarkeşlərin bizə olan inamını  bərpa etdik. Oyunlarımızdakı atmosfer fantastik idi. Prosineçki isə paltardəyişmə otağına yeni enerji gətirdi. O, yaxşı üstünlüklərə sahibdir. Baş məşqçi yaxşı işlər görür. Biz Millətlər Liqasında qrup qalibi olduq. Amma daha böyük rəqabət aparmaq üçün yaxşı oyunlara davam etməliyik".

Qeyd edək ki, 2014-17-ci illərdə Azərbaycan millisini çalışdıran  Prosineçkinin yığmamızın baş məşqçisi vəzifəsinə bir nömrəli namizəd olduğu iddia olunur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi