Mourinyo fantastik məbləğdə təzminat alacaq

Mourinyo fantastik məbləğdə təzminat alacaq
DÜNYA FUTBOLU 18 Dekabr 2018 / 16:00 6169
-  A +

“Mançester Yunayted”in istefaya göndərdiyi Joze Mourinyoya ödəyəcəyi təzminatın məbləği müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “mankunyanlar” portuqaliyalı mütəxəssisə 24 milyon funt-sterlinq (təqribən 27 milyon avro) ödəməlidir. Çünki 55 yaşlı məşqçinin Mançseter təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilin yayına qədər idi.

Mourinyo qış fasiləsindən sonra istefaya göndərilsəydi, ona ödəniləcək təzminat xeyli az olacaqdı – 18 milyon funt-sterlinq (təqribən 20 milyon avro).

Qeyd edək ki, Mourinyo 2016-cı ildən "MY"-i çalışdırırdı. 

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi